Samirə Qasımovanın doğum günüdür

9 Mart 2026 18:06 (UTC+04:00)

Bu gün Samirə Qasımovanın doğum günüdür.

SİA xəbər verir ki, uzun illərdir ictimai-siyasi fəaliyyət sahəsində fəallığı ilə seçilən Samirə Qasımova Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən biri olmaqla yanaşı, bələdiyyə fəaliyyətində və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır. O, həmçinin Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi müxtəlif sosial layihələrin həyata keçirilməsində yaxından iştirak edir.

2018-ci ildən fərdi hüquqşünas kimi fəaliyyət göstərən Samirə Qasımova 2023-cü ildən etibarən “Magen David” Group şirkətində Hüquq Müdafiəçisi kimi çalışaraq hüquqi sahədə də öz peşəkarlığını nümayiş etdirir. Dövlətçiliyə sadiqliyi, vətənpərvər mövqeyi və cəmiyyətin inkişafına verdiyi töhfələr onun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

Samirə Qasımovanı təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.