...Əvvəla xatırladım ki, ötən gün SİA bu mövzu ilə bağlı qısaca da olsa yazmışdı.
Deməli, hazırda dünya böyük bir enerji böhranının astanasındadır.
SİA xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanı neft hasilatını azaldıb.
Peyk məlumatlarına görə, müşahidə edilən xam neft ehtiyatları hərbi münaqişənin ilk günündə 4 milyon bareldən çox artıb.
Və sonrakı beş gün ərzində onlar 2,4 milyon barel artıb.
Qeyd etmək lazımdır ki, dövlətə məxsus Saudi Aramco şirkətinin səhmləri bu gün Yaxın Şərqdəki enerji obyektlərinə edilən hücumlar fonunda kəskin şəkildə - təxminən 5 faiz - artıb.
Ekspertlərin proqnozlarına görə, Qətər, BƏƏ, Küveyt və İraqda hasilatın azaldılması, Hörmüz boğazında nəqliyyatın az olması və Tehrandakı neft obyektlərinə edilən hücumlar fonunda qlobal enerji bazarlarının yenidən açılmasından sonra neft qiymətləri artmağa davam edəcək.
…Və bu arada Rusiyada, Tümen enerji işçiləri Xantı-Mansi Muxtar Dairəsindəki əsas neft boru kəmərlərinə enerji təchizatının etibarlılığını gücləndiriblər.
…Məhz, yenə bu arada ABŞ Fars körfəzindəki İranın Xarq adası üzərində nəzarəti ələ keçirmək üçün planlar qurur. Deyim ki, bu barədə Axios məlumat verir.
Yeri gəlmişkən, iddialara görə, bu ərazi strateji əhəmiyyət kəsb edir.
Burada, SİA-nın dünən də yazdığı kimi, İranın demək olar ki, bütün "qara qızıl" ixracatının keçdiyi bir terminal yerləşir.
Əli Babayev