BMW-nin ən ucuz elektrik sedanı nəhayət təqdim edildi...

9 Mart 2026 21:56 (UTC+04:00)

...Yeni 2027 BMW 3 Seriyası nəhayət ki, brendin ən ucuz elektrik sedanı olan BMW i3 variantını təqdim edərək premyerasına hazırdır.

Avtomobil debütdən əvvəl şəxsən nümayiş etdirilib.

SİA xəbər verir ki, təfərrüatlar barədə Autogefühl məlumat verir.

Yeni 2027 BMW i3 18 martda debüt edəcək.

BMW-nin elektrik avtomobili istehsalçının klassik avtomobillərinə istinad edən yeni Neue Klasse dizayn dilinə malik olacaq.

Maraqlıdır ki, yeni modelə kompakt elektrik hetçbekinin əvvəlki adı olan i3 adı verilib.

Daxili yanma mühərriki olan yeni BMW 3 Seriyası daha sonra, lakin 2026-cı ilin sonuna qədər debüt edəcək.

Demək olar ki, eyni kuzov və interyer dizaynına baxmayaraq, avtomobillər fərqli platformalarda istehsal olunacaq.

Standart avtomobilin (sedan və universal) benzin və elektrik versiyalarına əlavə olaraq, model sırasına BMW M3 və BMW iM3 (mümkün ad) variantları da daxil olacaq.

Bunlar iki fərqli avtomobildir - biri daxili yanma mühərriki, digəri isə elektrik mühərriki ilə təchiz olunub.

Elektrikli idman avtomobili dörd mühərrik, tam ötürücülü sistem, transmissiya simulyasiya rejimi və V10 mühərriki də daxil olmaqla süni mühərrik səsləri ilə təchiz olunacaq. Əvvəllər bildirilirdi ki, yeni BMW i3 artıq Münhen zavodunda istehsaldan əvvəlki mərhələyə keçib.

Nazlı Almuradova