Kürdəmirdə 4 otaqlı ev yanıb

9 Mart 2026 16:21 (UTC+04:00)

Kürdəmirdə fərdi yaşayış evi yanıb. SİA-nın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 150 kv metr olan 4 otaq və mətbəxdən ibarət olan ev anidən alışıb.

Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının qaz sızmasından baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.