Axtarışda olan 14 nəfər tutulub

9 Mart 2026 15:36 (UTC+04:00)

Polis əməkdaşlarının martın 7-də və 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bu barədə SİA -ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 7-də və 8-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.