Nikol Paşinyan regiondakı vəziyyətin müzakirəsi üçün Ermənistan Təhlükəsizlik Şurasının iclasını çağırıb

9 Mart 2026 14:15 (UTC+04:00)

Baş nazir Nikol Paşinyan martın 9-da Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirib. SİA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

İclasda regiondakı cari vəziyyət, eləcə də Baş nazirin verdiyi tapşırıqların icrası gedişatı müzakirə edilib.