Həftəsonu axtarışda olan 90 nəfər saxlanılıb

9 Mart 2026 12:42 (UTC+04:00)

Həftəsonu axtarışda olduğuna görə ümumilikdə 90 nəfər saxlanılıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.