Şimali Kipr Türk Respublikasının (ŞKTR) Mülki Aviasiya Departamentinin direktoru Aşkın Meşeli Türkiyənin sabah səhər ŞKTR-yə 6 ədəd F-16 qırıcı təyyarəsi göndərəcəyini bildirib. Bu barədə SİA-ya Türkiyə mətbuatına istinadən xəbər verir.
A.Meşeli təyyarələrin təhlükəsizlik məqsədilə göndərildiyini və yerləşdirilmənin mülki uçuşlara təsir etməyəcəyini bildirib.
Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr son hadisələri nəzərə alaraq, dünən ŞKTR-nin təhlükəsizliyini təmin etmək üçün adaya F-16 qırıcı təyyarələrinin yerləşdirilməsinin nəzərdən keçirildiyini bildiriblər.