İngiltərədə 15 yaşlı futbolçu oyun zamanı huşunu itirərək həyatını itirib.
SİA xəbər verir ki, hadisə ötən gün qadınların yarışında "Oksford Yunayted" və "Fulhem" komandaları arasında keçirilən matç zamanı baş verib.
Məlumata görə, birincilərin 15 yaşlı futbolçusu Ameliya Aplin qarşılaşma zamanı qəfil huşunu itirib. Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
"Oksford Yunayted" klubunun mətbuat xidməti yaydığı açıqlamada bildirib ki, klub bu faciəli hadisədən təsirlənən Ameliyanın ailəsinə, oyunçulara, məşqçilərə və əməkdaşlara lazımi dəstək göstərəcək.