Yaponiya hələ neft ehtiyatlarından istifadə qərarına gəlməyib

9 Mart 2026 09:22 (UTC+04:00)

Yaponiya hökumətinin Yaxın Şərqdəki vəziyyətin ölkənin enerji təchizatına birbaşa təsir göstərdiyinə dair heç bir məlumatı yoxdur.

SİA-nın məlumatına görə, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib.

"Hazırda bunun Yaponiyanın neft tələbatına birbaşa təsir göstərəcəyinə dair heç bir məlumat almamışıq. Milli neft ehtiyatlarımızın istifadəyə buraxılması ilə bağlı hələ qərar verməmişik", - o deyib.

Eyni zamanda, Kihara qlobal neft qiymətlərinin hazırkı kəskin artımının Yaponiya iqtisadiyyatına təsirini şərh etməyib.