Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

9 Mart 2026 01:03 (UTC+04:00)

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hadisə Dəllər Cəyir kəndində qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 5 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Mətləb