Növbəti mövsümdə neçə klubumuz Avrokubokların əsas mərhələsinə qatılacaq?

9 Mart 2026 02:03 (UTC+04:00)

Növbəti mövsüm Azərbaycanı 2 klub futbol üzrə avrokubokların əsas (Liqa) mərhələsində təmsil edə bilər.

Bunu "Football Data Meets" portalı proqnozlaşdırıb. Onların araşdırmalarına görə, bir klubumuz Avropa Liqasının, digəri isə Konfrans Liqasının Liqa mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, bu, daha əvvəl baş verib. 2015/16 və 2016/17 mövsümlərində həm "Qarabağ", həm də "Qəbələ" Avropa Liqasının qrup mərhələsində çıxış edib