"Real" transfer qiyməti 100 milyon avroluq futbolçuya göz dikib..

8 Mart 2026 22:16 (UTC+04:00)

Real" "Nyukasl"ın italyalı yarımmüdafiəçisi Sandro Tonali uğrunda mübarizədə "Arsenal"a rəqib olub. İspaniya klubu yay transfer pəncərəsində 25 yaşlı futbolçunu heyətinə qatmaq üçün London təmsilçisi ilə rəqabət aparmağa hazırlaşır.

"The Sun" nəşrinin yaydığı məlumata görə, "kral klubu"nun skautları martın 7-də keçirilən "Nyukasl" - "Mançester Siti" matçında Tonalinin oyununu yaxından izləyiblər. Klub rəhbərliyi S. Ronaldo üçün 100 milyon avro transfer qiyməti müəyyənləşdirib.

Mətləb