İranda həlak olan şəxslərin sayı 1200 nəfəri keçib...

8 Mart 2026 22:24 (UTC+04:00)

ABŞ və İsrailin hücumları başlayandan bəri İranda ölən insanların sayı açıqlanıb. SİA xəbər verir ki, bu barədə ABŞ-ın HRANA İnsan Hüquqlarının Müdafiəsi Agentliyi məlumat yayıb.

“1205 mülki şəxs həlak olub. Ölənlərin 194-ü uşaqlardır”, - məlumatda qeyd olunub. Agentlik bildirib ki, bu, ötən ilin yayında baş verən 12 günlük müharibə zamanı ölənlərin (1190) sayından çoxdur.

Mətləb