Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Şıxakəran kəndi ərazisində qeydə alınıb. Belə ki, Lənkəran rayonunun Siyavar kənd sakini, 1963-cü il təvəllüdlü Vaqif Mahmud oğlu Heydərov idarə etdiyi “VAZ-2104” markalı nəqliyyat vasitəsi ilə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yaşayış evlərindən birinin hasarına və qaz borusuna çırpılıb. Qəza zamanı sürücü V.Heydərov ağır bədən xəsarətləri alıb.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılaraq hospitalizasiya olunub. Onun vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.