Pakistan Senatının sədri Azərbaycana dron hücumlarından narahatlığını ifadə edib

8 Mart 2026 13:46 (UTC+04:00)

Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, telefon danışığı zamanı regionda cərəyan edən proseslər müzakirə edilib. Seyid Yusuf Rza Gilani İran İslam Respublikasının Azərbaycana qarşı dron hücumlarından narahatlığını ifadə edib və bu hücumları qınadığını bildirib. O, Pakistan dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu söyləyib.

Sahibə Qafarova göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı, həmçinin dünyada mövcud gərgin proseslər fonunda parlamentlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.