"İran qonşularla yaxşı yola getməlidir" - Hakan Fidandan XƏBƏRDARLIQ

8 Mart 2026 03:02 (UTC+04:00)

"Tükiyə İrandakı müharibənin yayılmasını istəmir və bölgədəki hadisələri narahatlıq üçün səbəb sayır."

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) qeyri-rəsmi iclasından sonra mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran qonşuları ilə yaxşı yola getməlidir. O bildirib ki, üçüncü ölkələrə hücum strategiyası çox səhvdir.

Mətləb