Amerikanın bombardmançı təyyarəsi Böyük Britaniyaya çatıb...

7 Mart 2026 18:16 (UTC+04:00)

...SİA xəbər verir ki, “Independent” qəzetinin məlumatına görə, Böyük Britaniya ABŞ-a İrana zərbələr endirmək üçün bazalarından istifadə etməyə icazə verdikdən sonra Amerikalı B-1 bombardmançı təyyarəsi Qlosterşirdəki Kral Hərbi Hava Qüvvələrinin bazasına çatıb.

Təyyarə 24 qanadlı raket daşıya bilir.

...Xatırladaq ki, martın 1-də Böyük Britaniyanın Baş naziri Keyr Starmer sosial media platforması X-də Londonun Vaşinqtonun İrandakı raket anbarlarına zərbə endirmək üçün Britaniya hərbi bazalarından istifadə etmək tələbini qəbul etdiyini açıqlayıb.

Baş nazir daha sonra bildirib ki, ABŞ İslam Respublikasına qarşı əməliyyat başlamazdan əvvəl Britaniya bazalarına giriş tələb etməyib və bunu yalnız 28 fevralda istəyib.

Bu arada, "Telegraph" mənbələrə istinadən bildirib ki, ABŞ İran kampaniyasının başlamasından 17 gün əvvəl İrana zərbələr endirmək üçün Britaniya bazalarına giriş tələb edib. Daha əvvəl ABŞ prezidenti Starmeri Britaniyanın İrana qarşı qətiyyətsiz mövqeyinə görə uğursuz adlandırmışdı.

Əli Babayev