İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

7 Mart 2026 15:29 (UTC+04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri BƏƏ-də yerləşən ABŞ-nin "Əl-Dafra" hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

SİA xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

İran tərəfinin məlumatına görə, hücum nəticəsində ABŞ-nin peyk rabitə mərkəzi, eləcə də erkən xəbərdarlıq və atəşin idarə olunması üçün radiolokasiya stansiyaları vurulub.