Arağçəkənlərin mini-zavodu aşkar edilib...

7 Mart 2026 21:05 (UTC+04:00)

...Və bu arada Belarusun Qrodno Şuçin rayonunda, meşədə qanunsuz spirtli içki istehsal edən mini-spirt zavodu aşkar edilib.

Görüntülərə əsasən, bu, kifayət qədər genişmiqyaslı əməliyyatdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, mini-spirt zavodu Şuçin rayonunun Pletki kəndi yaxınlığında qurulub. Qanunsuz "biznesin" sahibi rayonun işsiz 32 yaşlı sakini olduğu ortaya çıxıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları iki samaqon aparatını, eləcə də 225 litr hazır spirtli içkini müsadirə ediblər. Bildirildiyinə görə, Belarusda vətəndaşlar tərəfindən samaqon istehsalı qadağandır və hətta samaqon aparatının saxlanması da qadağandır.

Lakin, samaqon cərimələrə səbəb ola biləcək yeganə şey deyil.

...Belə ki, Daxili İşlər Nazirliyi bildirib ki, Minsk Vilayətinin İqtisadi Cinayətkarlıqla Mübarizə Departamentinin (İCM) əməkdaşları Stolin rayonunun 24 yaşlı sakininin evinə gəlib və üzərində Belarus aksiz markası olmayan 400 litr "bahalı spirtli içki" və 859 qutu xarici istehsal siqareti aşkar ediblər.

Əli Babayev