Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

7 Mart 2026 14:32 (UTC+04:00)

Azərbaycanda martın 6-da narkotiklə bağlı 31 fakt müəyyən edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 6-da ümumi çəkisi 58,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Ötən gün 11 fakt isə qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı olub.