Naxçıvanda qar örtüyünün hündürlüyü 54 santimetrə çatıb

7 Mart 2026 13:11 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunun Kükü kəndində qar örtüyünün hündürlüyü 54 sm-ə çatıb.

Bu barədə SİA-ya Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Belə ki, Kükü kəndində səhər saatlarında yenidən güclü qar yağışı başlayıb. Bundan əvvəl yağan qarın hündürlüyü 12 santimetr, ümumi qar örtüyünün qalınlığı isə 54 santimetr təşkil edib.