Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib. SİA-nın verdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
XİN sözçüsü əlavə edib ki, Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğu heyətinin təxliyəsi isə tam başa çatıb.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehrandakı Azərbaycan səfirliyi, Təbrizdəki baş konsulluğun İrandan evakuasiya edilməsi barədə tapşırıqlar verilməsini bildirmişdi.