Türkiyənin “Gənclərbirliyi” klubu baş məşqçisi Levent Şahin ilə yollarını ayırıb. SİA xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Maraqlıdır ki, Levent Şahin fevral ayının 16-da kluba baş məşqçi təyin edilmişdi. Yəni onun işi cəmi 18 gün çəkib. Bu müddətdə komanda Superliqada iki oyun keçirib, 1 dəfə məğölub olub, 1 görüşdə isə heç-heçə edib. Ötən gecə isə "Gənclərbirliyi" aşağı liqa təmsilçisi "Aliağa"ya 3:1 hesabı ilə qalib gələrək Türkiyə kubokunda pley-offa yüksəlib.
Mətləb