Azərbaycanı "Avroviziya 2026" mahnı müsabiqəsində təmsil edəcək ifaçının adı açıqlanıb. Bu il ölkəmiz adından müsabiqədə səhnəyə Jiva - Cəmilə Həşimova çıxacaq. Müğənni müxtəlif musiqi layihələrində iştirak edib. O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və “Montreux Jazz” festivalında səhnəyə çıxıb. Daha sonra Hazz Band qrupunun solisti kimi fəaliyyət göstərərək caz elementlərini müasir estrada ilə birləşdirib.
2017-ci ildən etibarən JIVA karyerasını solo olaraq davam etdirir. O, pop, dance və R&B janrlarında azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir.
Mətləb