“Biz burada danışarkən, İran gəmisi orada yanır...”

6 Mart 2026 18:54 (UTC+04:00)

...“Epic Fury” (“Epik Qəzəb”) əməliyyatı zamanı 30-dan çox İran gəmisi məhv edilib və bir müddət bundan əvvəl ABŞ ordusu dron daşıyan düşmən gəmisinə zərbə endirib.

SİA xəbər verir ki, ABC-nin məlumatına görə, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri admiral Bred Kuper bildirib.

...Prezidentin bu yaxınlarda 24 gəmini batırdığımızı və ya məhv etdiyimizi dediyini eşitmiş ola bilərsiniz. O vaxt bu, doğru idi. İndi biz 30-dan çox İran gəmisi batırmışıq.

CENTCOM komandiri bunu şəstlə bildirib..?

O, ABŞ-ın bir neçə saat əvvəl İran təyyarədaşıyan gəmisinə dronlarla zərbə endirdiyini yenidən diqqətə çatdıraraq, hazırda gəminin yandığını bir daha xatırladıb.

...Admiral həmçinin bildirib ki, son üç gündə ABŞ ordusu İranın dərinliklərində, xüsusən də Tehran ətrafında təxminən 200 hədəfə zərbə endirib.

Bred Kuper onu da bildirib ki, təkcə son bir saatda Amerika B-2 bombardmançı təyyarələri İranın yeraltında yerləşən ballistik raket buraxılış qurğularını hədəf alan onlarla ağır bomba atıb.

İranın cavab hücumlarına gəldikdə, CENTCOM komandiri qeyd edib ki, münaqişənin ilk günündən bəri raket hücumları 90, dron hücumlarının sayı isə 83 faiz azalıb.

...Xatırladaq ki, 4 martda ABŞ Mərkəzi Komandanlığının komandiri Bred Kuper Amerika qüvvələrinin "İran donanmasını necə batırdığını" təsvir etmişdi ki, bu da Vaşinqtonun məqsədlərindən biridir...

Əli Babayev