Azərbaycan və Moldova XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb

6 Mart 2026 12:36 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Moldovanın Xarici İşlər Nazirliyi arasında 2026-2027-ci illər üçün Məsləhətləşmələr Planını imzalayıblar.

SİA xəbər verir ki, bununla tərəflər siyasi dialoqun gücləndirilməsi, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan-Moldova tərəfdaşlığının inkişaf etdirilməsi istiqamətində öhdəliklərini bir daha təsdiqləyiblər.