Donald Tramp ABŞ-ın İrana girib hər şeyi təmizləmək istədiyini vurğulayıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası ölkədəki hərbi əməliyyatlar başa çatdıqdan sonra İrana rəhbərlik edə biləcək bir neçə mümkün namizədi nəzərdən keçirir.
"Biz onların yaxşı bir liderinin olmasını istəyirik. Düşünürəm ki, yaxşı iş görə biləcək bəzi insanlarımız var", - deyə o, NBC News-a verdiyi müsahibədə bildirib və heç kimin adını çəkməkdən imtina edib.
Onun sözlərinə görə, ABŞ hərbi əməliyyat zamanı bu insanları qorumaq üçün tədbirlər görür. "Bəli, biz onları izləyirik", - deyə o bildirib.
Tramp deyib: "Biz içəri girib hər şeyi təmizləmək istəyirik. Biz 10 il ərzində yenidən quracaq birini istəmirik."