Qadın voleybolçular arasında Yüksək Liqada XVI turun son iki oyunu keçiriləcək

6 Mart 2026 09:08 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI turun son oyunları keçiriləcək.

SİA xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.

İlk matçda "Turan" komandası "Abşeron"u qəbul edəcək. Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Günün digər oyununda isə "Murov Az Terminal" və "Azərreyl" kollektivləri üz-üzə gələcəklər. Bu görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

Hər iki qarşılaşma saat 17:00-da start götürəcək.