Deputat deputatların sayının azaldılmasını təklif edir...

5 Mart 2026 18:23 (UTC+04:00)

...Rusiyada Murmansk vilayətinin qubernatoru Andrey Çibis regional Dumadakı deputatların sayının 28-ə endirilməsi təklifini dəstəklədiyini bildirib.

SİA-nın məlumatına görə, “Vahid Rusiya” fraksiyası tərəfindən irəli sürülən bu qərar qanunvericilik fəaliyyətinin effektivliyini azaltmadan büdcə xərclərini optimallaşdırmaq məqsədi daşıyır.

Hazırkı 32 üzvdən ibarət regional Duma 2021-ci ilin sentyabrında seçilib və 2026-cı ilin sentyabrına qədər fəaliyyətini davam etdirəcək.

Qanunvericilik orqanında dəyişikliklərin həyata keçirilməsi Murmansk vilayətinin Nizamnaməsinə dəyişikliklər tələb edəcək.

Müvafiq qanun layihəsi artıq regional Dumanın müvafiq komitəsi tərəfindən nəzərdən keçirilib.

Murmansk Vilayət Dumasının deputatları üçün növbəti seçkilər 2026-cı ilin sentyabr ayına planlaşdırılıb və Dövlət Duması seçkiləri ilə eyni vaxtda keçiriləcək.

Qeyd etmək lazımdır ki, yeni regionların sakinləri qarşıdan gələn ümumrusiya seçkilərində ilk dəfə səs verəcəklər.

...Yeri gəlmişkən, deyilənlərə görə, Moskva işçi qüvvəsini optimallaşdıracaq və vəzifəli şəxslərin 15 faizi işdən çıxarılacaq.

Əli Babayev