Naxçıvan aeroportunda daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti dayandırılıb

5 Mart 2026 16:26 (UTC+04:00)

Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Bu barədə SİA-ya Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.

Məlumata əsasən, məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır: "Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq".