İran vətəndaşlarının Ermənistana keçidi bərpa olunub

5 Mart 2026 15:47 (UTC+04:00)

Hazırda qeydiyyat və icazə prosedurlarında gecikmələr müşahidə olunur.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, İranın Qapandakı Baş Konsulluğundan Sputnik Armenia-ya verilən məlumata görə, vətəndaşlar Ermənistan-İran sərhədindəki Norduz keçid məntəqəsindən yenidən keçməyə başlayıblar.

Daha əvvəl bildirilmişdi ki, 4 mart saat 4:00-dan etibarən İran tərəfində internet bağlantısının kəsilməsi səbəbindən sərhəd keçidləri müvəqqəti olaraq dayandırılıb.

Baş Konsulluqdan bildirilib ki, "Problem həll edilib və vətəndaşların keçidinə icazə verilib".

Hazırda qeydiyyat və icazə adi haldan daha yavaş gedir, çünki İran tərəfində internet kəsintisi prosedurları müvəqqəti olaraq əl ilə yerinə yetirməyə məcbur edib.