Özbəkistan İranın Naxçıvana zərbələrini qəbuledilməz hesab edir.
SİA xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla telefon danışığını şərh edərkən bəyan edib.
O qeyd edib ki, söhbət zamanı bu gün Naxçıvana edilən hücumlarla bağlı ciddi narahatlığını bildirib.
"Beynəlxalq hüquq prinsiplərinə zidd olan və başqa dövlətin suverenliyini, ərazi bütövlüyünü pozan bu cür hərəkətlərin yolverilməz olduğunu vurğuladıq", - o, sosial şəbəkədə yazıb.