İran Naxçıvan aeroportuna dron hücumu edib

5 Mart 2026 12:39 (UTC+04:00)

İran Naxçıvan aeroportuna dron hücumu edib.

SİA-nın məlumatına görə, İran ərazisindən uçan dron aeroportun binasına düşərək partlayıb.

Dronlardan biri aeroportun terminallarından birinə, daha bir neçə dron isə digər yerlərə düşüb. Bir dron isə Naxçıvan şəhərində məktəbin yaxınlığına təsadüf edib.

Qeyd edək ki, münaqişə başlayandan bəri Azərbaycan İranla qonşuluq siyasətinə sadiq qalıb, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Abbas Əraqçıya zəng edərək, Azərbaycan ərazisindən heç bir qonşu və dost dövlətə, o cümlədən İrana qarşı istifadə edilməyəcəyi ilə bağlı Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dediyi fikirləri bir daha xatırladıb.

Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali rəhbəri Xameneinin öldürülməsi ilə bağlı bu ölkəyə başsağlığı verən nadir dünya liderlərindən biri olub. Prezident İranın Azərbaycandakı səfirliyini şəxsən ziyarət edib, başsağlığı verib.