Ramazan ayında bilməli olduğumuz vacib məqamlar

5 Mart 2026 11:09 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Dr. Şəbnəm Əlirzayeva AZTV-nin “Telesəhər” proqramında şəkərli diabet xəstələrinin oruc tutması ilə bağlı ətraflı müsahibə verib. Çarxı Sizə təqdim edirik. Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının rəsmi YouTube kanalı tibb və sağlamlıq sahəsində etibarlı informasiya mənbəyi kimi fəaliyyət göstərir. Kanalda həkim-mütəxəssislərin maarifləndirici çıxışları, aktual mövzular üzrə ekspert müsahibələri, profilaktik tövsiyələr və tibbi yeniliklər mütəmadi olaraq paylaşılır.

Eyni zamanda hospitalda təşkil olunan elmi-praktik konqreslər, konfranslar, seminarlar, simpoziumlar, beynəlxalq görüşlər və canlı yayımlar da geniş auditoriyaya məhz bu platforma vasitəsilə təqdim olunur. Kanal, həm səhiyyə işçiləri, həm də əhali üçün operativ, peşəkar və etibarlı tibbi məlumatların çatdırılmasında mühüm rol oynayır.