Sabah Lökbatan qəsəbəsində su kəsiləcək

5 Mart 2026 09:21 (UTC+04:00)

Sabah Qaradağ rayonu Lökbatan qəsəbəsinin bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, yeni çəkilmiş şəbəkə xəttinin birləşmələrinin verilməsi məqsədilə martın 6-da, saat 00:00-dan aparılacaq tikinti-bərpa işləri ilə bağlı qəsəbənin bəzi ərazilərinə gün ərzində suyun verilməsində məhdudiyyət olacaq.

Xidmət anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığını bildirir.