Daha bir neçə ölkənin diplomatları İrandan Azərbaycana təxliyyə edildi

4 Mart 2026 23:02 (UTC+04:00)

İrandan daha bir neçə ölkənin diplomatları Azərbaycana təxliyə edilib. Onlardan 20-si İspaniya, 2-si Braziliya, 2-si Xorvatiya, 2-si də Çexiya diplomatlarıdır.

Eyni zamanda 2 Tacikistan, 2 Pakistan, 2 İran vətəndaşı Azərbaycana təxliyə edilib. Məlumata görə, ispan diplomatlar ailə üzvləri ilə birlikdə sərhədi keçiblər.

Mətləb