İran səfiri Türkiyə XİN-ə çağırıldı - TƏCİLİ

4 Mart 2026 22:12 (UTC+04:00)

Türkiyə Xarici İşlər Nazirliyi Ankaradakı İran səfirini Nazirliyə çağırıb. SİA xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Məlumata görə, İran ərazisindən buraxılan ballistik raketlərin Türkiyə hava məkanına doğru istiqamət alması Ankara tərəfindən ciddi narahatlıqla qarşılanıb. Bu səbəbdən İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq izahat verməsi tələb olunub. Görüşün təfərrüatları barədə rəsmi açıqlama gözlənilir.

Mətləb