Pit Heqset: ABŞ sualtı qayığı İran hərbi gəmisini batırıb

4 Mart 2026 17:57 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus sualtı qayıq beynəlxalq sularda İran hərbi gəmisini torpedo ilə batırıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABŞ-nin müdafiə katibi Pit Heqset deyib.

O, bunun İkinci Dünya müharibəsindən sonra düşmənə edilən ilk belə hücum olduğunu söyləyib.