Azərbaycanın voleybol hakimi “Qalarasaray”ın oyununa təyinat alıb

4 Mart 2026 15:17 (UTC+04:00)

Beynəlxalq dərəcəli azərbaycanlı hakim Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından SİA-ya verilən məlumata görə, o, kişi voleybolçuların CEV Kubokunda Türkiyənin “Qalatasaray” və Belçikanın “Qrinyard Maaseyk” komandaları arasında keçiriləcək dörddəbir final matçının ikinci hakimi olacaq. Görüşü çexiyalı Zdenek Qrabovski idarə edəcək.

Martın 5-də gerçəkləşəcək qarşılaşma İstanbulda baş tutacaq.