Rəsmi məlumata görə, İran Kənd Təsərrüfatı Nazirliyi daxili bazarda qiymət artımının qarşısını almaq üçün bu addımı atıb. Qadağa qeyri-müəyyən müddətədir.
“Azərbaycan bazarı üçün məsələ xüsusilə mövsümi məhsullar baxımından həssasdır”.
Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Ağa Salamov bildirib.
Onun sözlərinə görə,
1) Pomidor – hazırda açıq sahə mövsümü deyil. İstixana istehsalı var, lakin maya dəyəri yüksəkdir və həcmi bazarı tam təmin etmir. Mövsümdənkənar dövrdə idxalın payı artır. Əgər idxalın əhəmiyyətli hissəsi İrandandırsa, qiymət təzyiqi qaçılmazdır.
2) Kartof – strateji ərzaq məhsuludur. Azərbaycan istehsal edir, lakin mövsümlərarası dövrdə idxala ehtiyac yaranır. Xüsusilə köhnə məhsul tükənib yeni məhsul bazara çıxmamış mərhələdə xarici bazar qərarları qiymətə təsir edir.
3) Yumurta – daxili istehsal əsas paya malikdir. Amma yem xərcləri, logistika və regional bazar psixologiyası qiymət gözləntilərinə təsir göstərə bilər.
4) Xurma – mövsümi məhsuldur və idxal seqmentində öz payı var. Alternativ bazar tapılarsa ciddi problem yaratmaz, lakin qısamüddətli artım mümkündür.
Burada əsas məsələ yalnız faktiki çatışmazlıq deyil, həm də bazar psixologiyasıdır.Təklif azalması xəbəri belə topdansatış mərhələsində qiymət artımına səbəb ola bilir.
Bu vəziyyət bizə bir reallığı xatırladır:
Ərzaq təhlükəsizliyi təkcə istehsal həcmi demək deyil.Bu, həm də mövsümi planlama, idxal strukturunun şaxələndirilməsi və strateji ehtiyat siyasətidir.Əgər alternativ təchizat və nəzarət mexanizmləri vaxtında işləsə, ciddi böhran gözlənilmir.
Əks halda isə, xüsusilə mövsümdənkənar məhsullarda qiymət dalğalanması mümkündür”.