...Belarusda, Soliqorsk rayonundan olan Yelena və Sergey Olexnoviç 14-ü azyaşlı olan 15 uşaq böyüdürlər.
Uşaqlar Natan, Naomi, Mişel, Yeseniya, Melissa, Ruvim, Yefim, Lolita, Devid, Mark, Alisa, Veronika, Violetta, Yana və Alena adlandırılıblar.
SİA Belarus saytlarına istinadən xəbər verir ki, Onliner.by saytının məlumatına görə, ailədə 10 qız və 5 oğlan böyüyür. Onlar Tıçinı kəndində yaşayırlar.
... Düzünü desəm, bu qədər böyük bir ailə qurmağı planlaşdırmırdıq. "Plan" sözünü belə bilmirəm. Amma mənim ailəmdə 11 uşaq olmuşuq və ərimin də böyük bir ailəsi var idi. Məhz belə alındı, - deyə Yelena bildirir.
Sergey "Belaruskali"də işləyir və Yelena həmişə özünü evə həsr edib və evdən kənarda işləməyib.
...Mənim hər cür peşəm var: psixoloq, sürücü və aşpaz. Və heç kim ananın daşıdığı məsuliyyəti daşımır. "Yalnız ana uşağı sakitləşdirə bilər", - deyə Yelena bölüşüb.
Qeyd edək ki, bir müsahibədə qadın ailəyə uşaqlara baxmaq üçün dayə təklif olunduğunu, lakin bunun lazımsız olduğunu söyləyib. Onun dediyinə görə, ailədə hər kəs bir-birinə qayğı göstərir.
Nazlı Almuradova