İqtisadiyyat naziri Mikayıl Cabbarov IV "Yüksəliş" müsabiqəsinin qalibləri Toğrul Yaqublu və Təbriz Əmmayev ilə yekun görüşünü keçirib.
SİA xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Gənclərlə fərdi inkişaf planı, əldə olunmuş faydalı təcrübələr, liderlik bacarıqları, işgüzar səriştələrin təkmilləşdirilməsi barədə fikirlərimizi bölüşdük. Mentorluq proqramının uğurla həyata keçirilməsində əməyi olan həmkarlarımıza təşəkkür edir, mentilərimizə uğurlar və davamlı yüksəliş arzulayırıq", - M.Cabbarov qeyd edib.