Ötən gün qanunsuz saxlanılan 5 avtomat, 23 tüfəng aşkarlanıb

4 Mart 2026 11:01 (UTC+04:00)

Ötən gün polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan avtomat silahları aşkarlanıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 2 tapança, 3 qumbara, 1 alışdırıcı, 23 tüfəng, 7 patron darağı və 829 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.