Burun spreyləri hansı hallarda təhlükəlidir

4 Mart 2026 10:24 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev İctimai TV-nin “Xəbərimiz var” proqramına “Burun spreyləri hansı hallarda təhlükəlidir” mövzusunda müsahibə verib. Süjeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. https://youtu.be/24isSARwvuE

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının rəsmi YouTube kanalı tibb və sağlamlıq sahəsində etibarlı informasiya mənbəyi kimi fəaliyyət göstərir. Kanalda həkim-mütəxəssislərin maarifləndirici çıxışları, aktual mövzular üzrə ekspert müsahibələri, profilaktik tövsiyələr və tibbi yeniliklər mütəmadi olaraq paylaşılır.
Eyni zamanda hospitalda təşkil olunan elmi-praktik konqreslər, konfranslar, seminarlar, simpoziumlar, beynəlxalq görüşlər və canlı yayımlar da geniş auditoriyaya məhz bu platforma vasitəsilə təqdim olunur. Kanal, həm səhiyyə işçiləri, həm də əhali üçün operativ, peşəkar və etibarlı tibbi məlumatların çatdırılmasında mühüm rol oynayır.

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova