İsrail Müdafiə Qüvvələri əməliyyatın əvvəlindən bəri İsrail Hərbi Hava Qüvvələrinin İrana 4000 sursat atdığını açıqladı.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu məlumat İsrail Müdafiə Qüvvələrinin Telegram kanalında dərc edilib.
Nəşr bildirib ki, "İsrail Hərbi Hava Qüvvələri onlarla buraxılış məntəqəsinə zərbə endirib və təxminən 300 raket buraxıcı qurğunu məhv edib".
Əlavə edilib ki, son 24 saat ərzində İran və Livanda "yüzlərlə qırıcı və təyyarə eyni vaxtda yüzlərlə hədəfi vurub".
Daha əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Efi Defrin Tehran yaxınlığındakı gizli nüvə obyektinə zərbə endirildiyini elan etmişdi.
İsrail Müdafiə Qüvvələri həmçinin İrandakı ballistik raket istehsalı məntəqələrinə, eləcə də İslam Respublikasının mərkəzi hissəsindəki hökumət hədəflərinə zərbələr endirib.