Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, 1961-ci il təvəllüdlü Hacıyev Nəriman Nəcəf oğlu idarə etdiyi "VAZ-21150" markalı avtomobillə Gəncə şəhəri, Natavan-2 qəsəbəsində hərəkətdə olarkən avtomobilin sağ arxa təkərinin dəmir yolu xəttinə dəyməsi nəticəsində idarəetməni itirərək qəza törədib.
Nəticədə sürücü ölüb.
Fakt üzrə cinayət işi başlanılmaqla istintaq aparılır.