Araz Paşayev: AHİK tabeliyindəki mərkəzlərdə 980 nəfər istirahət edib

3 Mart 2026 20:13 (UTC+04:00)

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ) fevral ayında ittifaq üzvlərinə sanatoriya-kurort yollayışları təqdim edərək onların Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tabeliyində fəaliyyət göstərən müalicə və istirahət mərkəzlərindən yararlanmasına şərait yaradıb. SİA məlumatı ETİHİ-yə istinadən yayıb.

Üzvlər e-AHİK elektron rezervasiya sistemi (www.e-ahik.az) vasitəsilə qeydiyyatdan keçərək bu imkandan faydalanıblar.

Ay ərzində ümumilikdə 980 nəfər yollayışlardan istifadə edib.