Bu gün Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

4 Mart 2026 04:03 (UTC+04:00)

Bu gün Sumqayıt şəhəri, Ceyranbatan MTN bağları adlanan ərazidə qaz təchizatında fasilə yaranacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, ərazidə diametri 89 mm olan yeraltı qaz xəttinin yerüstü qaz xətti ilə əvəzlənməsi ilə əlaqədar olaraq saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Təmir işləri müddətində qeyd olunan ərazidə təxminən 1600 istehlakçının qaz təchizatında fasilə yaranacaq.

Mətləb