"Qalatasaray"-ın oyunu təxirə salındı - QƏRAR

3 Mart 2026 23:13 (UTC+04:00)

Futbol üzrə Türkiyə Super Liqasında 27-ci turun iki oyunu təxirə salınıb. SİA xəbər verir ki, buna səbəb klubların avrokuboklardakı matçlarıdır. Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti yayıb.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edən “Qalatasaray”la UEFA Konfrans Liqasında yoluna davam edən “Samsunspor”un oyunu nəzərdə tutulan vaxtda baş tutmayacaq. TFF qarşılaşmaların nə vaxt keçiriləcəyini növbəti günlərdə açıqlayacaq.

Mətləb